Məşhur futbolçu Polşadakı ukraynalı qaçqınlara yardım aparıb

28-03-2022, 08:33           
Məşhur futbolçu Polşadakı ukraynalı qaçqınlara yardım aparıb
İspaniyanın “Osasuna” futbol klubunun yarımmüdafiəçisi Ruben Qarsiya ukraynalı qaçqınlara humanitar yardım aparıb.

28 yaşlı ispaniyalı La Liqada yaranmış fasilədən istifadə edərək Varşavaya gedib.

“Qonşum mənə dedi ki, iki dostu ilə dərman, uşaq bezi, uşaq yeməyi ilə Varşavaya gedir. Düşündüm ki, mən də öz töhfəmi verməliyəm.

Ümumilikdə 12 nəfərik. Polşadan bizə dedilər ki, uşaq bezlərinə, uşaq qidalarına, konservlərə, həmçinin dərmanlara, əlcəklərə və tibbi ləvazimatlara daha çox ehtiyac var.

Bizə az lazım olduğunu desələr də, bir vaqon paltar da gətirdik. Ağzına qədər dolu beş yük maşınımız var”, - deyə Qarsia bildirib.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm Osasuna üçün 28 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Ümumilikdə o, La Liqada 207 oyun keçirib və 20 qol vurub.

Mənbə: unian.net












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.