DÇ-2022: Kanada tarixində ikinci dəfə final mərhələsinə vəsiqə qazanıb

28-03-2022, 09:53           
DÇ-2022: Kanada tarixində ikinci dəfə final mərhələsinə vəsiqə qazanıb
Futbol üzrə Kanada millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə turnirinin Şimali və Mərkəzi Amerika, Karib hövzəsi (CONCACAF) komandaları arasında XIII turunun oyununda Yamayka yığmasını darmadağın edib.

"Report" xəbər verir ki, Torontoda keçirilən görüş 4:0 hesabı ilə başa çatıb. Kanada yığmasının heyətində Kayl Larin (13-cü dəqiqə), Teyjon Byukanan (44) və Junior Hoylett (82) fərqləniblər, Edrian Mariappa (88) isə avtoqola imza atıb.

Kanada yığması 28 xalla qrupda birinci yeri tutur və Qətərdə keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.

Kanadalılar tarixlərində ikinci dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana biliblər. Bundan əvvəl yığma 1986-cı ildə Dünya Kubokunda çıxış edib və SSRİ, Fransa, Macarıstan yığmalarının olduğu qrupda sonuncu yeri tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.