Türkiyə liqasının oyununda dava düşüb, 16 futbolçu qırmızı vərəqə alıb

28-03-2022, 11:02           
Türkiyə liqasının oyununda dava düşüb, 16 futbolçu qırmızı vərəqə alıb
Türkiyənin regional həvəskar liqasında (BAL) keçirilən "Fırat Üniversitesi GSK" - "Bismil 1936 Gençlik ve Spor" oyununda kütləvi dava düşüb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 88-ci dəqiqədə futbolçular arasında münaqişə yaşanıb.

Meydan sahibləri 4:1 hesabı ilə öndə olarkən insident başlayıb. Hadisəyə təhlükəsizlik əməkdaşları bibər qazı ilə müdaxilə edib. Baş hakim Elazığ təmsilçisindən 6 futbolçu, bir idarəçi, "Bismil 1936 Gençlik ve Spor" klubundan isə 10 futbolçu və bir idarəçiyə qırmızı vərəqə göstərib.

Türkiyə Futbol Federasiyası yarımçıq qalmış görüşlə bağlı qərar verəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru