Mançini: “Özümü hələ gənc hesab edirəm”

29-03-2022, 09:15           
Mançini: “Özümü hələ gənc hesab edirəm”
Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini öz postunu tərk etməyəcək.

R.Mançini mətbuata verdiyi müsahibədə İtaliya Futbol Assosiasiyasının prezidenti Qabriel Qravina ilə görüşdüyünü və hər ikisinin millinin gələcəyi ilə bağlı fikirlərinin eyni olduğunu vurğulayıb.

“Mən hələ özümü gənc hesab edirəm və Avropa, dünya çempionatlarının qalibi olmaq arzusundayam. Bu nəticələrə nail olmaq üçün isə vaxta ehtiyac var. İşimi sevirəm və uğur qazanacağıma əminəm”, - deyə 57 yaşlı Mançini qeyd edib.

Qeyd edək ki, Avropa çempionatının son qalibi İtaliya yığması Şimali Makedoniyaya qarşı oyunda minimal hesabla uduzaraq bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından kənarda qalıb.

Mənbə: Goal.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru