İtaliya millisinin futbolçusu həbs edildi - SƏBƏB

29-03-2022, 08:59           
İtaliya millisinin futbolçusu həbs edildi - SƏBƏB
İtaliyanın "Cenoa" klubunun futbolçusu Manolo Portanova həbs edilib. "Report"un ANSA-ya istinadən məlumatına görə, 22 yaşlı hücumçu gənc qıza cinsi təcavüzdə ittiham olunur. Hadisə 2021-ci il mayın 30-da Siena şəhərinin mərkəzindəki mənzildə baş verib.

Onunla yanaşı, daha iki nəfər iyunun 7-də məhkəmə qarşısına çıxacaq.

Daha əvvəl Portanova və digər iki şəxs ev dustaqlığına buraxılsa da, 10 aylıq araşdırmadan sonra prokuror vəzifəsini icra edən Nikola Marini şübhəlilərin həbsi barədə göstəriş verib.

Qeyd edək ki, Manolo Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru