DÇ-2022: Final mərhələsinin daha 2 iştirakçısı bəlli olur

29-03-2022, 09:24           
DÇ-2022: Final mərhələsinin daha 2 iştirakçısı bəlli olur
Bu gün 2022-ci il dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq.

"Report"un məlumatına görə, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşəcək.

Bakı vaxtı ilə eyni saatda - 22:45-də start götürəcək həlledici görüşlərdə Portuqaliya yığması Şimali Makedoniyanı, Polşa seçməsi isə İsveçi qəbul edəcək.

Pireney təmsilçisi yarımfinalda Türkiyəni, şimali makedoniyalılar son Avropa çempionu İtaliyanı mübarizədən kənarlaşdırıb. Polşa millisi yarımfinalda Rusiya ilə qarşılaşmalı idi. Lakin Valeri Karpinin rəhbərlik etdiyi kollektivə Ukraynadakı müharibəyə görə texniki məğlubiyyət verildiyindən polşalılar birbaşa finala vəsiqə qazanıblar. Onların həlledici görüşdəki rəqibi olan İsveç yığması isə yarımfinal oyununda Çexiyaya qalib gəlib.

DÇ-2022, pley-off mərhələsi
Final
29 mart

22:45. Portuqaliya - Şimali Makedoniya

Portu, "Draqau" stadionu.

22:45. Polşa - İsveç

Xojuv, "Şlyonski" stadionu

Qeyd edək ki, digər final görüşündə Uels iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru