“Hesab edirlər ki, avrokubok oyununu plastik meydançada keçirmək olar”

8-04-2022, 12:54           
“Hesab edirlər ki, avrokubok oyununu plastik meydançada keçirmək olar”
“Roma”nın futbolçusu ciddi zədə alıb. Mən bunu plastik meydançanın nəticəsi hesab edirəm”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Roma”nın baş məşqçisi Joze Mourinyo deyib. O, Norveçdə “Budye Qlimt”ə qarşı keçirdikləri Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçından sonra meydançanının durumundan narazılığını bildirib və örtüyü plastik meydança adlandırıb.

“İnsanlar hesab edir ki, avrokubokların oyunlarını plastik meydançada keçirmək olar” – deyə Mourinyo qeyd edib.

Qeyd edək ki, “Budye Qlimt” – “Roma” matçında meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar. Bu komandaların cavab matçı aprelin 14-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru