"Beşiktaş"ın eks-məşqçisinə Azərbaycandan təklif gəldi

9-04-2022, 10:15           
"Beşiktaş"ın eks-məşqçisinə Azərbaycandan təklif gəldi
Azərbaycan klubları Türkiyə təmsilçisi "Beşiktaş"ın sabiq baş məşqçisi Önder Karaveliyə təklif göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Levent Ümit Erol "Twitter" hesabında bildirib.

O, 48 yaşlı mütəxəssisin yeni mövsümdən Azərbaycan Premyer Liqasında işləyə biləcəyini vurğulayıb.

Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununa qədər "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. Karaveli 2021-ci il dekabrın əvvəlindən 2022-ci il martın sonlarınadək İstanbul təmsilçisində baş məşqçi vəzifəsini yerinə yetirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru