AVRO-2024-ün açılış və final matçlarının məkanı açıqlanıb 11-05-2022, 12:13 UEFA İcraiyyə Komitəsi AVRO-2024-ün oyunlarının təqvimini təsdiqləyib.Turnir 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.Açılış oyunu Münhendəki “Allianz Arena”da, final isə Berlin Olimpiya Stadionunda baş tutacaq.Bununla yanaşı, qarşılaşmalar Hamburq, Leypsiq, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Köln və Ştutqartda təşkil ediləcək.Mənbə: uefa.com Facebook-da paylaş