Türkiyə Kubokunda digər finalçı bəlli olub

12-05-2022, 07:53           
Türkiyə Kubokunda digər finalçı bəlli olub
Futbol üzrə Türkiyə Kubokunda digər finalçı müəyyənləşib. "Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda evdə "Alanyaspor"la 1:1 hesablı heç-heçə edən "Sivasspor" həlledici qarşılaşmada "Kayserispor"a rəqib olub.

Hesabı 78-ci dəqiqədə qonaqlardan Famara Dyedu açıb. Cəmi 10 dəqiqə sonra meydan sahibləri Hakan Arslanın qolu ilə tarazlığı bərpa ediblər. Alanyadakı ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Sivas təmsilçisi iki görüşün nəticəsinə (3:2) əsasən, adını finala yazdırıb.

Qeyd edək ki, Türkiyə Kubokunda final matçı mayın 26-da keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru