"Yuxu problemi yaşayıram, rahat yata bilmirəm" - Arda Turan

12-05-2022, 09:18           
"Yuxu problemi yaşayıram, rahat yata bilmirəm" - Arda Turan
"Qalatasaray"ın futbolçusu Arda Turan uzun müddətdir yuxu ilə bağlı problem yaşayır.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, o, bununla bağlı İstanbul Kent Universitetinin tələbələri ilə görüşü zamanı deyib: “İllərdir yuxu problemi yaşayıram, rahat yata bilmirəm. Bu, bir etiraf olacaq, amma özümə yaxşı baxa bilmədim. Səbəb sırf psixolojidir. Psixologiyamı yaxşı bərpa edə bilmədiyim vaxtlar olub. Pəhriz saxlayıram və 10 gündən sonra pozuram. Çalışmağa başlayıram, sonra imtina edirəm. Heç kimi günahlandırmıram, amma ölkədəki ab-hava məni ruhdan salır. İrəliləyə bilməməyim məni ruhdan salır. Niyə bu oyunu daha yaxşı oynaya bilmirik? Niyə ötürmələri daha yaxşı verə bilmirik? Mən də bir az emosionalam, tez həvəsdən düşürəm. İspaniyada özümə daha yaxşı baxırdım, çünki özümü daha azad hiss edirdim. Özünü azad hiss etməkdən gözəl bir şey yoxdur. İspaniya macərama tamamlanmış bir hekayə kimi baxıram. Əlbəttə ki, çox gözəl günlər idi. O günlər üçün darıxıram".

Qeyd edək ki, A.Turan İstanbul Kent Universitetinin tələbələri tərəfindən "Türkiyənin ən sevilən və örnək alınan idmançısı" seçilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.