London derbisini “Tottenhem” qazandı - VİDEO

13-05-2022, 09:08           
London derbisini “Tottenhem” qazandı - VİDEO
İngiltərə Premyer Liqasında öncəki turlardan təxirə salınmış daha bir görüş keçirilib.


Oxu.Az xəbər verir ki, Londondakı “Tottenhem Hotspur Stadium”da yerli “Tottenhem”lə şəhərin digər təmsilçisi “Arsenal” qarşılaşıb.

22-ci tur çərçivəsində baş tutan matçda qonaqların futbolçusu Holdinq 8 dəqiqəyə iki sarı vərəqə alaraq oyunun 33-cü dəqiqəsində meydandan qovulub. Görüşün böyük hissəsini azlıqda keçirən “topçular” ev sahibinə müqavimət göstərə bilməyiblər - 3:0.

Qeyd edək ki, hazırda “Arsenal” 66 xalla turnir cədvəlində 4-cü, “Tottenhem”sə 65 xalla 5-ci yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru