Çin Asiya Futbol Kubokuna ev sahibliyindən imtina etdi 15-05-2022, 09:24 Çin COVID-19 epidemiyası səbəbindən Asiya Futbol Federasiyasının (AFC) 2023-cü ildə keçiriləcək Asiya Futbol Kubokuna ev sahibliyindən imtina edib.Bu barədə AFC-nin saytında dərc olunan açıqlamada bildirilir.Qeyd olunur ki, Çin Futbol Assosiasiyası (CFA) tədbiri təşkil edə bilməyəcəyini bəyan edib.Kuboka başqa ölkənin ev sahibliyi edəcəyi təxmin olunur. Facebook-da paylaş