Ukraynalı futbolçu mətbuat konfransında göz yaşlarına hakim ola bilmədi - VİDEO

15-05-2022, 10:55           
Ukraynalı futbolçu mətbuat konfransında göz yaşlarına hakim ola bilmədi - VİDEO
Ukraynanın “Dinamo” futbol klubu ilə Estoniyanın “Flora” klubu arasında yoldaşlıq görüşü keçirilib.

Xeyriyyə məqsədi ilə baş tutan oyunda Ukrayna klubu 3:0 hesabı ilə qələbə qazanıb.

Oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini söyləyən “Dinamo”nun futbolçusu Aleksandr Andrievski göz yaşlarına hakim ola bilməyib.

“Baş verənləri sözlə ifadə etmək çətindir. Mən ilk növbədə hazırda çətin dövr yaşayan xalqımız haqqında düşünürəm. İnanırıq ki, tezliklə hər şey bizim qələbəmizlə bitəcək və baş verənlər pis yuxu kimi keçmişdə qalacaq. Mən Avropa ölkələrinə, Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür etmək istəyirəm, bu dəstək bizim üçün çox dəyərlidir, hamımız bunu hiss edirik. Biz faşizmi birlikdə məğlub edəcəyik. Doğrudan da, indi birbaşa futboldan danışmaq çətindir”, - deyə 27 yaşlı Aleksandr Andrievski fikrini tamamlayıb.


Mənb: Unian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru