"Çelsi" klubunun satışı sual altına düşüb

17-05-2022, 08:28           
"Çelsi" klubunun satışı sual altına düşüb
İngiltərənin "Çelsi" klubunun satışı sual altına düşüb. "Report" "The Times"ə istinadən xəbər verir ki, buna London təmsilçisinin hazırkı sahibi Roman Abramoviçin Böyük Britaniya hakimiyyətinin təklif etdiyi müqaviləni qəbul etməkdən imtinası səbəb olub. Hökumət gecikmənin klubun fəaliyyətinə təhlükə yarada biləcəyindən narahatdır.

Rusiyalı iş adamından "zadəganlar"ın satışından əldə ediləcək 2,6 milyard funt sterlinq vəsaitin Ukraynanın xilasetmə fonduna köçürüləcəyinə dair zəmanət tələb olunub. Abramoviç isə klubun ona olan 1,6 milyard funt-sterlinq məbləğində borcunun ödənilməsini istəyir.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya hökuməti "Çelsi"nin satışı ilə bağlı ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrupla razılığa gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru