“Yuventus” Kyellinini bir xalla yola saldı - VİDEO

17-05-2022, 09:37           
“Yuventus” Kyellinini bir xalla yola saldı - VİDEO
Turun son matçında çempionatın 4-cüsü “Yuventus” ondan bir pillə geridə olan “Latsio”nu qəbul edib.

“Qoca sinyora”nın qələbəni son saniyələrdə əldən verdiyi oyun (2:2) duyğulu anlarla yadda qalıb.

Qarşılaşmanın 9-cu dəqiqəsində hesabı açan Duşan Vlahoviç qolunu “Yuve”ni tərk etməyə hazırlaşan Dibalaya məxsus jestlə qeyd edib.

Komandanın kapitanı 37 yaşlı Corcio Kyellini də klubun heyətində son dəfə meydana çıxıb. Matçın 18-ci dəqiqəsində o, əvəzlənib və meydançanın kənarında dövrə vuraraq azarkeşlərlə vidalaşıb. Fanatlar müdafiəçini gurultulu alqışlarla yola salıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru