75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

17-05-2022, 10:43           
75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu
Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib.

Giresunun Alukra rayonundan doğulan və Almaniyada, Münhen şəhərində yaşayan 36 yaşlı Musa Askan ötən gecə +84 kq çəki dərəcəsində çıxış etdiyi yarışın üçüncü raundunda infarkt keçirərək rinqdə yıxılıb.

Xəstəxanaya aparılan boksçu Askan Yamak bu gün dünyasını dəyişib.

Mənbə: İHA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.