Laporta Messinin “Barsa”ya qayıtmasını istəyir 17-05-2022, 11:13 “Barselona”nın prezidenti Joan Laporta PSJ-nin hücumçusu Lionel Messinin katalon klubuna qayıtmasını istədiyini açıqlayıb.“Messinin “Barsa”ya qayıtmasını istərdimmi? Əlbəttə, istərdim”, - deyə klub prezidenti bildirib.Qeyd edək ki, cari mövsümdə Lionel Messi Fransa çempionatında 25 oyunda altı qol vurub, 13 məhsuldar ötürmə edib.Mənbə: Gazeta.ru Facebook-da paylaş