Rusiyalı MMA döyüşçüsü: "Rinqdə Nəriman Abbasovu parçalayacağam"

19-05-2022, 08:43           
Rusiyalı MMA döyüşçüsü: "Rinqdə Nəriman Abbasovu parçalayacağam"
"Asan döyüş gözləmirəm. 5 raundun hamısında işləyəcək, dominantlıq edəcəyəm. Bir sözlə, rinqdə rəqibimi parçalayacağam".

Bunu rusiyalı MMA döyüşçüsü Marif Pirayev yüngül çəkidə "AMC Fight Nights" çempionu Nəriman Abbasovla keçirəcəyi görüşdən öncə mətbuat konfransında deyib.

29 yaşlı idmançı özünə güvəndiyini bildirib: "Əzmkar qələbə ilə Nərimanın başqa səviyyəli döyüşçü olduğunu yazanların ağzını yumacağam. Mən onun çox güclü və yaxşı döyüşçü olduğunu danmıram. Amma özümü Abbasovdan zəif hesab etmirəm. Rinqə çıxıb qələbə qazanacağam".

Qeyd edək ki, döyüş iyunun 10-da Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq.
Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru