Təbrizin “Traktor” klubunun azarkeşlərinin stadiona girişi məhdudlaşdırılıb

22-05-2022, 00:01           
Təbrizin “Traktor” klubunun azarkeşlərinin stadiona girişi məhdudlaşdırılıb
Təbrizin “Traktor” futbol klubunun azarkeşlərinin "Səhənd" stadionuna girişi məhdudlaşdırılıb.

APA-nın Tehran bürosu xəbər verir ki, buna “Traktor”un son ev oyununda baş verən insidentlər səbəb olub.

İran Futbol Federasiyasının İntizam komitəsi qayda pozuntuları ilə əlaqədar “Traktor” klubunun azarkeşlərinin stadiona girişini müvəqqəti məhdudlaşdırıb.

Qərara əsasən, qarşıdakı “Traktor”-“Fəcr” qarşılaşmasına Təbriz klubunun azarkeşləri buraxılmayacaq.

Qeyd edək ki, bir neçə gün öncə futbol üzrə İran çempionatının 28-ci turunda “Traktor”-“Persepolis” klublarının qarşılaşması yarımçıq dayandırılıb. İddia edilir ki, azarkeşlərin stadiona yad əşyalar atmasına görə, iki klubun futbolçuları arasında dava düşüb və oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb.

Xatırladaq ki, "Traktor" klubunun öz ev oyunlarını keçirdiyi "Səhənd" stadionu 85 min azarkeş tutumuna malikdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.