Jurnalistin sualı QALMAQALA səbəb oldu

22-05-2022, 08:58           
Jurnalistin sualı QALMAQALA səbəb oldu
“2022 IIHF” Xokkey üzrə Dünya Çempionatında jurnalistin Almaniya yığmasının köməkçi məşqçisi Cessika Kempbelldən açıqlama alan jurnalistin sualı qalmaqal yaradıb.

Jurnalistin xanım məşqçiyə “Cəlbedici kişilərin əhatəsində belə cazibədar qadının olması necədir?”, sualı çaşqınlıq doğurub.

Cessika Kempbell sulı cavablandırmamış, müxbirin növbəti, “Bəlkə kimisə başqalarından daha çox sevirsiz? sualı məşqçini özündən çıxarıb.

Lakin məşqçi sualı cavabsız qoymayıb. O, işinə peşəkar yanaşdığını, komandanın oyunçuları ilə yalnız iş münasibətlərinin olduğunu vurğulayıb.

Müsahibədən sonra Almaniya milli komandasının mətbuat xidməti jurnalistin sualının yersiz olduğunu bildirib.
Bir çox KİV mənsubları da həmkarlarını “həddi aşdın”, deyə qınayıblar.

Qeyd edək ki, Kempbell Almaniya millisinin baş məşqçisi Toni Söderholmun köməkçisidir. Kanada komandasının üzvü kimi o, gənclər arasında dünya çempionatında qızıl və gümüş medal qazanıb. Həmçinin, Kempell böyüklər arasında dünya çempionatının gümüş mükafatçısı olub. İdman karyerasını başa vurduqdan sonra Kempbell Almaniyanın Nürnberq şəhərində təcrübə keçib.
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru