“Mançester Siti” İngiltərə çempionu olub 23-05-2022, 08:01 “Mançester Siti” futbol klubu 8-ci dəfə İngiltərə çempionu adını qazanıb."Report" xəbər verir ki, İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində “Mançester Siti” “Aston Villa”nı 3:2 hesabı ilə məğlub edib.Qolları İlkay Gündoğan (76 və 81-ci dəqiqə) və Rodri (78), "Aston Villa" heyətində isə Metti Keş (37) və Felipe Koutinyo (69) vurub. Facebook-da paylaş