Şahmatçımız beynəlxalq turnirdə liderlər qrupunda qərarlaşıb

23-05-2022, 09:03           
Şahmatçımız beynəlxalq turnirdə liderlər qrupunda qərarlaşıb
Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir

Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində şahmat üzrə keçirilən beynəlxalq turnir davam edir.

AYNA xəbər verir ki, şahmatçımız Misrətdin İsgəndərov ötən iki turda maksimum xal toplayaraq liderlər qrupunda qərarlaşıb. Komandamızın digər üzvləri Nicat Abasov, Məhəmməd Muradlı 1,5, Aydın Süleymanlı 1 xal toplayıblar.

Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.

Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış doqquz turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.