Monako Qran Prisini “Red Bull” qazandı

30-05-2022, 09:23           
Monako Qran Prisini “Red Bull” qazandı
2022-ci il mövsümünün yeddinci Formula 1 yarışı olan Monako Qran Prisi Monte Karlodakı şəhər halqasında baş tutub.

Pilotlar isinmə dövrələrinə yağış səbəbindən 16 dəqiqə gecikməklə ilə çıxıblar. Yarış təhlükəsizlik maşınının müşayətilə start götürüb.

29 dövrədən sonra yarış Mik Şumaxerin qəzasına görə qırmızı bayraqlarla dayandırılıb.

Xeyli müddət fasilədən sonra bərpa olunan Qran Prini “Red Bull” komandasının sürücüsü Serxio Peres qazanıb.

“Ferrari”dən Karlos Sayns ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü olub.

Startda ilk yerin sahibi “Ferrari” komandasının pilotu Şarl Lekler finişə dördüncü çatıb.

Qeyd edək ki, hazırda ümumi sıralamada ilk üçlükdə Ferstappen, Lekler və Peres qərarlaşıb. Komandaların yarışında isə “Red Bull”, “Ferrari” və “Maklaren” irəlidədir.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru