Bu gün Avropa və Amerika qitəsinin son çempionları üz-üzə gələcəklər

1-06-2022, 09:21           
Bu gün Avropa və Amerika qitəsinin son çempionları üz-üzə gələcəklər
Bu gün son Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında oyun keçiriləcək.

"Report"un məlumatına görə, "Finalissima" adı verilən görüş İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçı Çilidən olan FIFA referisi Pyero Masa idarə edəcək.

Qarşılşamada əlavə vaxt oynanılmayacaq. Əsas vaxtda qalib müəyyənləşməsə, birbaşa penaltilər seriyasına keçiləcək.

Qeyd edək ki, bu oyun UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında 2028-ci ilədək müddəti nəzərdə tutan əməkdaşlıq memorandumu çərçivəsində baş tutacaq.

Finalissima

1 iyun

22:45. İtaliya - Argentina

Baş hakim: Pyero Masa (Çili)

London, "Uembli" stadionu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru