NBA-da ilk milyarder basketbolçunun adı məlum oldu - FOTO

3-06-2022, 09:41           
NBA-da ilk milyarder basketbolçunun adı məlum oldu - FOTO
Məşhur amerikalı basketbolçu, ikiqat olimpiya çempionu LeBron Ceymsin sərvəti 1 milyard dollar olub.

Teref.az APA-ya istinadən xəbər verir ki, “Forbes" jurnalının ekspertləri bildirir ki, 37 yaşlı basketbolçu bir ilə 121.2 milyon dollar qazanaraq bu sərvətə çatıb.

Los Angeles Lakers komandasının üzvü bu qədər sərvətə malik ilk Milli Basketbol Assosiasiyası (NBA) oyunçusudur.

Qeyd edək ki, Milli Basketbol Assosiasiyasının yalnız bir oyunçusu - əfsanəvi Maykl Cordan 1 milyard dollar sərvətə çatsa da o, təqaüdə çıxdıqdan 11 il sonra yəni 2014-cü ildə bu qədər pul qazana bilib.

Beləliklə, Ceyms NBA-da milyarderlər siyahısına düşən ilk aktiv oyunçu olub.

LeBron ABŞ komandası ilə dördqat NBA çempionu və ikiqat Olimpiya çempionudur.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.