DÇ-2022: Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşir

5-06-2022, 11:43           
DÇ-2022: Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşir
Bu gün Uels və Ukrayna milli komandaları arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin final oyunu keçiriləcək.

"Report"un məlumatına görə, Kardiff şəhərindəki "Kardiff Siti" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Görüşü ispaniyalı FIFA referisi Mateu Laos idarə edəcək. Bu matçın ardından Avropa zonası üzrə DÇ-2022-yə sonuncu vəsiqənin sahibi müəyyənləşəcək.

DÇ-2022, pley-off mərhələsi, final

5 iyun

20:00. Uels - Ukrayna

Baş hakim: Mateu Laos (İspaniya)

Kardiff. "Kardiff Siti" stadionu

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. Ukrayna yarımfinalda Şotlandiyaya 3:1 hesabı ilə qalib gəlmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru