Millətlər Liqası: Portuqaliya, Serbiya və Gürcüstan rəqiblərinə şans vermədilər – VİDEO

6-06-2022, 08:38           
Millətlər Liqası: Portuqaliya, Serbiya və Gürcüstan rəqiblərinə şans vermədilər – VİDEO
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilib.

İlk oyun günündə 9 qarşılaşma baş tutub.

A Liqasının 2-ci qrupunda Portuqaliya İsveçrəni darmadağın edib. Kristiano Ronaldo komandasının dörd cavabsız qolundan ikisinə imza atıb.

Qrupun digər oyununda İspaniya səfərdə Çexiya ilə bərabərliyə razılaşıb – 2:2.

B Liqasının 4-cü qrupunda Serbiya Sloveniyaya şans verməyib, Norveç isə səfərdə İsveç üzərində qələbə qazanıb – 2:0. Skandinaviyalıların duelində hər iki qolu Erlinq Holann vurub.

C Liqasında 2-ci qrup qarşılaşmasında Kipr evdə Şimali İrlandiya ilə qolsuz heç-heçə edibsə, Yunanıstan səfərdə Kosovoya minimal hesabla qalib gəlib.

4-cü qrupun oyunlarına gəlincə, Şimali Makedoniya səfərdə Cəbəllütariqi 2:0 hesabı ilə yenib. Gürcüstan isə Bolqarıstanı darmadağın edərək, ardıcıl ikinci qələbəsini qazanıb.

Nəhayət, D Liqasında Malta səfərdə San-Marinoya qalib gəlib.

UEFA Millətlər Liqası
II tur

A Liqası

2-ci qrup
Portuqaliya - İsveçrə - 4:0
Qollar: Vilyam Karvalyu, 15. Kriştianu Ronaldu, 35; 40. Joau Kanselu, 68


Çexiya - İspaniya - 2:2
Qollar: Yakub Peşek, 5. Yan Kuxta, 66 - Qavi, 45+3. İnyiqo Martines, 90

B Liqası

4-cü qrup
Serbiya - Sloveniya - 4:1
Qollar: Aleksandar Mitroviç, 24. Sergey Milinkoviç-Saviç, 56. Luka Yoviç, 85. Nemanya Radonyiç, 90+2 - Petar Stoyanoviç, 30

İsveç - Norveç - 1:2
Qollar: Antoni Elanqa, 90+2 - Erlinq Holann, 20 (pen.); 69

C Liqası

2-ci qrup
Kipr - Şimali İrlandiya - 0:0

Kosovo - Yunanıstan - 0:1
Qol: Tasos Bakasetas, 36

4-cü qrup
Cəbəllütariq - Şimali Makedoniya - 0:2
Qollar: Enis Bardi, 21. Boban Nikolov, 84

Bolqarıstan - Gürcüstan - 2:5
Qollar: Atanas İliev, 50. İliyan Stefanov, 83 - Zuriko Davitaşvili, 4. Andrea Xristov, 31 (öz qapısına). Budu Zivzivadze, 52. Xviça Kvaratsxeliya, 58 (pen.). Valeri Qazaişvili, 70

D Liqası

2-ci qrup
San-Marino - Malta - 0:2
Qollar: Yan Busuttil, 58. Mettyu Giyomyo, 75












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru