Millətlər Liqasında gecənin nəticələri – VİDEO

7-06-2022, 09:24           
Millətlər Liqasında gecənin nəticələri – VİDEO
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, A,B,C və D Liqalarında ümumilikdə 6 qarşılaşma baş tutub.


A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa finalçı Xorvatiyanın qonağı olub. Matçda qalib müəyyənləşməyib.

B Liqasının yeganə matçında da İslandiya ilə Albaniya sülhə razılaşıb.

C Liqasının 3-cü qrupunda Azərbaycan millisi Serbiyada Belarusla xalları yarı bölüb. Qazaxıstan isə Slovakiyanı məğlub edib.

A Liqası

1-ci qrup
Avstriya - Danimarka (gec başlayacaq)

Xorvatiya - Fransa - 1:1
Qollar: Andrey Kramarik, 83 (p) - Adrien Rabyo, 52


B Liqası

2-ci qrup
İslandiya - Albaniya - 1:1
Qollar: Torsteynsson, 49 - Taulant Süleymanov, 30


C Liqası

3-cü qrup
Belarus - Azərbaycan - 0:0

Slovakiya - Qazaxıstan - 0:1
Qol: Aslan Darabayev, 26


D Liqası

1-ci qrup
Latviya - Lixtenşteyn - 1:0
Qol: Artur Zyuzin, 73

Andorra - Moldova - 0:0
Qırmızı vərəqə: Viktor Stina, 44 (Moldova)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru