İngiltərə Almaniyaya məğlubiyyətdən xilas olub, Türkiyə Litvanı darmadağın edib

8-06-2022, 08:32           
İngiltərə Almaniyaya məğlubiyyətdən xilas olub, Türkiyə Litvanı darmadağın edib
UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib. "Report"un məlumatına görə, A, B və C Liqalarında ümumilikdə 6 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Almaniya İngiltərəni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar məğlubiyyətdən son dəqiqələrdə Harri Keynin penalti qolu ilə qurtulublar. Qrupun digər oyununda İtaliya Macarıstanı 2:1 hesabı ilə yenərək, liderliyə yüksəlib.

B Liqasının 3-cü qrupunda Finlandiya Monteneqronu 2:0, Bosniya və Herseqovina isə Rumıniyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Nəhayət, C Liqasının 1-ci qrupunda Lüksemburq səfərdə Farer adalarına Jerson Rodrigesin dəqiq penalti zərbəsi ilə qalib gəlib. Gecənin ən bol qollu qarşılaşmasında isə Türkiyə səfərdə Litvanı 6 cavabsız qolla darmadağın edib.

UEFA Millətlər Liqası

A Liqası

3-cü qrup

22:45. Almaniya - İngiltərə - 1:1

Qollar: Yonas Hofmann, 51- Harri Keyn, 88

22:45. İtaliya - Macarıstan - 2:1

Qollar: Nikolo Barella, 30. Lorentso Pelleqrini, 45 - Canluka Mançini, 61 (öz qapısına)

Xal durumu: İtaliya - 4, Macarıstan - 3, Almaniya - 2, İngiltərə - 1.

B Liqası
Ətraflı
Ad - 01:41

3-cü qrup

20:00. Finlandiya - Monteneqro - 2:0

Qollar: Yoel Pohyanpolo, 31; 38

22:45. Bosniya və Herseqovina - Rumıniya - 1:0

Qol: Smail Prevlyak, 68

Xal durumu: Finlandiya - 4, Bosniya və Herseqovina - 4, Monteneqro - 3, Rumıniya - 0

C Liqası

1-ci qrup

22:45. Farer Adaları - Lüksemburq - 0:1

Qol: Jerson Rodriges, 74 (pen.)

Qırmızı vərəqələr: Rene Yönsen, 68; Sölvi Vatnhamar, 80 (hər ikisi Farer adaları)

22:45. Litva - Türkiyə - 0:6

Qollar: Doğukan Sinik, 2; 14. Serdar Dursun, 56 (pen.); 81. Yunus Akgün, 89. Halil Dervişoğlu, 90+1

Xal durumu: Türkiyə - 6, Lüksemburq - 6, Farer adaları - 0, Litva - 0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru