Türkiyədə qadın futbol klubunda kişilər oynayırlar - İDDİA

8-06-2022, 09:44           
Türkiyədə qadın futbol klubunda kişilər oynayırlar - İDDİA
Türkiyə Futbol Federasiyasının (TFF) 3-cü liqa qadın komandasında kişi oyunçuların olduğu iddia edilib.

Ordunun “Rüsumat-4 Gənclər” komandası və “ Adana 01” komandaları üz-üzə gəliblər.

Qarşılaşmada meydana çıxan iki futbolçunun daha əvvəl kişi şəxsiyyət vəsiqəsi üçün müraciət etdiyi və nəticəni gözlədiyi iddia edilib.

Ordu təmsilçisinin 2-0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Adananın futbol klubu rəqibinin iki kişi oyunçu ilə oynadığını əsas gətirərək Futbol İntizam Şurasına müraciət edib.

Hələ də çəhrayı kimliklərlə yaşayan hər iki futbolçunun kişi hormonlarının, hətta saqqallarının olduğu iddia edilib.

Həvəskar Futbol İntizam Şurasının haqlı hesab etdiyi etiraz TFF rəhbərliyi tərəfindən müzakirə edilərək qərar veriləcək.

Mənbə: İHA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.