Əfsanəvi "Traktor" futbol klubu ağır cəzalandırıldı - soydaşlarımıza qarşı HAQSIZLIQ

8-06-2022, 18:09           
Əfsanəvi "Traktor" futbol klubu ağır cəzalandırıldı -
Təbrizin əfsanəvi futbol klubu ağır cəzalandırılıb.

Teref.az KONKRET.az-a istinadla xəbər verir ki, "İran" Futbol Federasiyasının İntizam Komitəsinin qərarına əsasən, Təbrizin “Traktor”u ilə “Persepolis” arasında qalmaqallı yarımfinal matçının nəticəsi 3:0 hesabı ilə “Persepolis”in xeyrinə elan edilib.

Bundan əlavə, komitə bir il müddətinə “Traktor”un oyunlarına tamaşaçıların gəlməsinə qadağa qoyub və kluba 3 milyard 500 milyon rial cərimə ödəməyə məcbur edib.

İntizam Komitəsi Persepolis klubunun bəzi üzvlərinə də cərimə ödəməyi əmr edib. Beləliklə, Omid Əlişah bir il müddətinə diskvalifikasiya edilib və o, 600 milyon rial cərimə ödəməyə borcludur. Onun komanda yoldaşı Səid Ağay da bir il müddətinə futboldan uzaqlaşdırılıb, lakin o, 300 milyon rial cərimə ödəməlidir. “Persepolis”in üzvü Hamed Pakdel və “Traktor”un oyunçusu Məhəmməd Müslümipur 250 milyon rial cərimə ödəməlidir.

Növbəti mövsüm klubların ev görüşü də tamaşaçısız keçiriləcək.

Qeyd edək ki, güneyli soydaşlarımız ənənəvi olaraq Azərbaycan və Türkiyə bayraqları ilə stadiona gələrək komandaya dəstək şüarları səsləndirirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.