"Arsenal"ın futbolçusu islamı qəbul etdi, adını dəyişdi

9-06-2022, 17:40           
"Arsenal"ın futbolçusu islamı qəbul etdi, adını dəyişdi
"Arsenal"ın yarımmüdafiəçisi Tomas Parti adını dəyişib.

Teref.az fanat.az-a istinadən xəbər verir ki, futbolçu mərakeşli Sara Belle ilə evləndikdən sonra bu addımı atıb.

Şərqi Qanada xristian olaraq böyüyən Parti 2022-ci ilin əvvəlində islamı qəbul edib. Toydan sonra 28 yaşlı yarımmüdafiəçi Yakubu adını götürüb.

Futbolçu "Arsenal"da çıxışını köhnə adı ilə davam etdirəcək.

Xatırladaq ki, Parti 2020-ci ildə "Atletiko Madrid"dən "Arsenal"a keçib. Yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib. O, 2016-cı ildən Qana millisində çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru