Premyer Liqanın simvolik yığması açıqlandı - FOTO

10-06-2022, 10:34           
Premyer Liqanın simvolik yığması açıqlandı - FOTO
İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) İngiltərə Premyer Liqasının 2021/2022 mövsümünün simvolik komandasını açıqlayıb.

Bu barədə qurumun sosial şəbəkə səhifələrində məlumat verilib.

Heyətə aşağıdakı futbolçular daxil edilib:

Qapıçı: Alison (Liverpul)

Müdafiəçilər: Trent Alexander-Arnold (“Liverpul”), Joao Kanselo (“Mançester Siti”), Antonio Rudiger (“Çelsi”), Vircil van Deyk (“Liverpul”);

Yarımmüdafiəçilər: Tiaqo Alkantara (“Liverpul”), Kevin De Bruyne, Bernardo Silva (hər ikisi “Mançester Siti”)

Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Kriştianu Ronaldu (“Mançester Yunayted”).

Qeyd edək ki, simvolik komandanın tərkibinə “Liverpul”dan altı, “Mançester Siti”dən üç, “Mançester Yunayted” və “Çelsi”dən isə bir futbolçu daxildir.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2021/2022 mövsümünün qalibi “Mançester Siti” olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru