Fransa və Qazaxıstan xal itirib, Xorvatiya ilk qələbəsini qazanıb

11-06-2022, 08:58           
Fransa və Qazaxıstan xal itirib, Xorvatiya ilk qələbəsini qazanıb
UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib. "Report"un məlumatına görə, ikinci oyun günündə A, B, C və D liqalarında 7 qarşılaşma təşkil olunub.

A Liqasında 1-ci qrupun görüşlərində Avstriya Fransa üzərində qələbəni əldən verib - 1:1. Son dünya çempionlarını məğlubiyyətdən Kilian Mbappe xilas edib. Lider Danimarka isə Xorvatiyaya uduzub.

B Liqasında 2-ci qrupun cəmi 1 oyunu baş tutub. Bu görüş Albaniya və İsrail arasında olub. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunalşıb - 2:1. Rusiya yarışdan kənarlaşdırıldığı üçün İslandiya istirahət edib.

C Liqasında 3-cü qrupun qarşılaşmalarına gəldikdə, Azərbaycan yığması Slovakiya ilə qarşılaşmada minimal hesabla uduzub. Belarus isə Qazaxıstanla görüşdə məğlubiyyətdən xilas olmağı bacarıb.

Nəhayət, D Liqasında 1-ci qrupun görüşlərində Moldova ardıcıl üçüncü məğlubiyyətini evdə Latviyadan alıb - 2:4. Andorra isə evdə Lixtenşteyni məğlub etməyi bacarıb - 2:1.

10 iyun
Millətlər Liqası, III tur

A Liqası, 1-ci qrup
22:45. Avstriya - Fransa - 1:1

Qollar: Andreas Vayman, 37 - Kilian Mbappe, 83

22:45. Danimarka - Xorvatiya - 0:1

Qol: Mario Paşaliç, 69

Xal durumu: Danimarka - 6, Xorvatiya - 4, Avstriya - 4, Fransa - 2

B Liqası, 2-ci qrup

22:45. Albaniya - İsrail - 1:2
Ətraflı

Qollar: Armando Broya, 45+2 - Manor Solomon, 57; 73

Xal durumu: İsrail - 4, İslandiya - 2, Albaniya - 1

C Liqası, 3-cü qrup

20:00. Azərbaycan - Slovakiya - 0:1

Qol: Vladimir Vayss, 81

22:45. Belarus - Qazaxıstan - 1:1

Qollar: Vladislav Malkeviç, 84 - Abat Aymbetov, 13

Xal durumu: Qazaxıstan - 7, Slovakiya - 6, Belarus - 2, AZƏRBAYCAN - 1

D Liqası, 1-ci qrup

20:00. Moldova - Latviya - 2:4

Qollar: İon Nikolaesku, 6 (pen.). Nikita Motspan, 64 - Vladislav Qutkovski, 19; 60. Yanis İkaunyek, 26; 75

22:45. Andorra - Lixtenşteyn - 2:1

Qollar: Xordi Alaes, 78 (pen.). Jezus Rubyo, 82 - Livio Mayer, 90+3

Xal durumu: Latviya - 9, Moldova - 4, Andorra - 4, Lixtenşteyn - 0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru