Millimizin baş məşqçisini belə ələ saldılar - FOTO

11-06-2022, 09:13           
Millimizin baş məşqçisini belə ələ saldılar - FOTO
Futbol üzrə Azərbaycan millisinin Slovakiya yığmasına da uduzması baş məşqçi Canni de Byaziə qarşı olan tənqidləri bir qədər də artırıb.

Teref.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu dəfə italiyalı mütəxəssisin işini veteran futbolçulardan İlqar Qurbanov tənqid edib.

O, məşqçinin işinə ironik yanaşaraq, feysbuk hesabında "B , A , Pro (məşqçilik dərəcələri - red) oxumaq fikrim var idi, belə başa düşürəm ki, C bəsdir" yazıb.

Statusun şərh bölməsində isə millinin sabiq futbolçusu Asif Məmmədov şəhr yazıb.

"Eminin (Mahmudov-red) yerinə Abbası buraxmaq üçün C də lazım deyil" - deyə "Qəbələ"nin yarımmüdafiəçisi bildirib.

Yığmanın sabiq yarımmüdafiəçisi Vaqif Cavadov isə posta "Biz nağıl danışırıq, futbolu bilmirik... adamlar bilir nə edir" şərhini yazıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru