ŞUMAXERİN BU REKORDU QIRILDI

12-06-2022, 16:55           
ŞUMAXERİN BU REKORDU QIRILDI
Fernando Alonso Bakıda Şumaxerə məxsus rekordu qırdı

Hazırda "Alpine" komandasında çıxış edən "Formula 1" pilotu Fernando Alonso Azərbaycan Qran-prisində yeni rekorda imza atıb.

F. Alonso Bakı mərhələsində çıxış etməklə ən uzun karyeraya malik sürücü adına yiyələnib.

İspaniyalı pilot "Formula 1"də 2001-ci ilin martında debüt edib. Azərbaycan Qran-prisində "Renault", "McLaren" və "Ferrari"nin keçmiş sürücüsü 21 il 3 ay və 8 gününü tamamlayıb. Əvvəlki rekord isə artıq karyerasını başa vurmuş 7 qat dünya çempionu Mixael Şumaxerə məxsus idi.

Qeyd edək ki, Fernando Alonso ikiqat (2005, 2006) dünya çempionudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru