“Qəbələ”nin rəqibi “Qalatasaray”ı məğlub etdi

14-07-2022, 09:34           
“Qəbələ”nin rəqibi “Qalatasaray”ı məğlub etdi
“Qəbələ”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar” yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, Macarıstan təmsilçisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində “Qalatasaray”la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 32-ci dəqiqədə Kodro vurub.

Qeyd edək ki, “Qəbələ” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 21-i səfərdə “Fehervar”la ilk matçına çıxacaq. Komandalar arasında cavab görüşü iyulun 28-i Bakıda olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru