"Sürix" Bakıya ağır məğlubiyyətlə gəlir

17-07-2022, 08:53           
"Sürix" Bakıya ağır məğlubiyyətlə gəlir
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Sürix" İsveçrə Super Liqasında ilk turun oyununu keçirib. "Report"un məlumatına görə, Franko Fodanın baş məşqçi olduğu kollektiv səfərdə "Yanq Boyz"la qarşılaşıb. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Matçda bütün qollar ikinci hissədə vurulub. 55-ci dəqiqədə "Sürix"in futbolçusu Antonio Markezano penaltidən yararlana bilməyib. Əvəzində Kristian Fassnaxt 62-ci, Sedrik İtten 77-ci, Fabian Rider 81-ci, Vilfrid Kanqa isə 85-ci dəqiqədə fərqlənərək, "Yanq Boys"un qalibiyyətini təmin edib.

Qeyd edək ki, "Sürix" "Qarabağ"la ilk oyununu iyulun 19-da Bakıda, cavab görüşünü iyulun 27-də öz meydanında keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru