Konfrans Liqası: klublarımızın potensial rəqibləri müəyyənləşir

18-07-2022, 10:16           
Konfrans Liqası: klublarımızın potensial rəqibləri müəyyənləşir
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan təmsilçilərinin də bu raunddakı potensial rəqibləri müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

"Neftçi" II təsnifat mərhələsində Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətinə düşəcək. Bu halda "ağ-qaralar" “Tvente” (Niderland), “Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi və ya “Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi ilə oynayacaq.

Azərbaycanın digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçməyi bacarsa, III raundda səpələnmişlər səbətində yer alacaq.

“Zirə” İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, “Rujomberok” (Slovakiya) / “Riqa” (Latviya) cütünün qalibi, “Kızıl Jar” (Petropavlovsk, Qazaxıstan) / “Osiyek” (Xorvatiya) cütünün qalibi, “Vikinqur” (Farer adaları) / "Dunayska Streda" (Slovakiya) cütünün qalibi, “Qzira Yunayted” (Malta) / “Radniçki” (Serbiya) cütünün qalibi və ya "Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.

“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, III raundda “Panatinaikos” (Yunanıstan), “Sepsi” (Rumıniya) / “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi, “Vlajniya” (Albaniya) / “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi, “Koper” (Sloveniya) / “Vaduts” (Lixtenşteyn) cütünün qalibi və ya “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin matçları avqustun 4-ü və 11-də oynanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru