Avropa çempionatı: 1/4 finalçılar müəyyənləşib

19-07-2022, 11:47           
Avropa çempionatı:
İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında 1/4 finalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, cütlərin tərkibi qrup mərhələsinin yekununda bəlli olub.

Beləliklə, 20 - 23 iyulda İngiltərə - İspaniya, İsveç - Belçika, Almaniya - Avstriya və Fransa - Niderland görüşləri keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı iyulun 31-dək davam edəcək. Final görüşü Londondakı "Uembli" stadionunda olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.