“Real Madrid”in ulduz futbolçusu Türkiyə nəhənginə keçir: GÖZLƏNİLMƏZ QƏRAR

21-07-2022, 10:25           
“Real Madrid”in ulduz futbolçusu Türkiyə nəhənginə keçir: GÖZLƏNİLMƏZ QƏRAR
“Real Madrid”in hücumçusu Mariano Diaz klubdan ayrılmağa qərar verib.

Metbuat.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti Diazı əsas heyət oyunçusu hesab etmir. Məlumata görə, hücumçu üçün “Fənərbaxça” “Kadiz” və “Getafe” klubları təklif göndərib. İspaniya mətbuatının məlumatına görə, türk təmsilçisi 28 yaşlı hücumçunu transfer etməyə daha yaxın klubdur. Məlumata görə, “Fənərbaxça”nın Çempionlar Liqasınının qrup mərhələsinə düşmək şanslarının olması Diazı Türkiyə təmsilçisinin təklifini nəzərdən keçirməyə yönəldib. Bildirilir ki, “Real Madrid” klubu hücumçuya klubdan ayrılmaq barədə problem yaratmayacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru