Rusiya millisi və klubları FIFA 23-də olmayacaq

22-07-2022, 10:27           
Rusiya millisi və klubları FIFA 23-də olmayacaq
“EA Sports” FIFA 23 oyununa Rusiya milli futbol komandası və ölkənin futbol klublarını əlavə etməyəcəyini təsdiqləyib.

“EA Sports” Ukrayna xalqı ilə həmrəydir. FİFA və UEFA-dan olan tərəfdaşlarımızın dəstəyi ilə “EA Sports” Rusiya millisini və ya Rusiya klublarını FIFA 23-ə daxil etməyəcək”, - tərtibatçıların bəyanatında deyilir.

Qeyd edək ki, martın əvvəlində şirkət Rusiya millisi və klublarını FIFA 22 və NHL 22-dən çıxarıb. Həmçinin, Rusiya və Belarusda “EA Sports”un bütün oyunlarının satışı dayandırılıb.

Mənbə: Sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru