"Qarabağ"ın potensial rəqibinin həkimi qələbəni maraqlı rəqslə qeyd edib

23-07-2022, 10:38           
"Qarabağ"ın potensial rəqibinin həkimi qələbəni maraqlı rəqslə qeyd edib
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibi olan Slovakiyanın "Slovan" (Bratislava) klubunun həkimi Roman Krijanın əyləncəli videosu yayılıb.

"Report"un məlumatına görə, o, Macarıstanda "Ferentsvaroş"a 2:1 hesabı ilə qalib gəldikləri II təsnifat mərhələsinin ilk oyunundan sonra paltardəyişmə otağında rəqs edib.

Stolun üzərinə çıxan həkim qələbəni maraqlı rəqslə qeyd edib.

Qeyd edək ki, "Qarabağ" II raundun ilk oyununda Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edib. Cavab matçı iyulun 27-də səfərdə olacaq. Ağdam təmsilçisi "Sürix"i mübarizədən kənarlaşdırsa, III təsnifat mərhələsində "Ferentsvaroş" - "Slovan" cütünün qalibi ilə qarşılaşacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru