“Mançester Yunayted”in əfsanəsinin keçmiş sevgilisi: “Mən onun istəklərinin qulu idim”

11-08-2022, 09:25           
“Mançester Yunayted”in əfsanəsinin keçmiş sevgilisi: “Mən onun istəklərinin qulu idim”
“Mançester Yunayted”in və Uels millisinin futbolçusu Rayan Giqqsin keçmiş sevgilisi Keyt Qrevil futbolçunun davranışlarından danışıb. O, məhkəmə iclası zamanı Qiqqsin ona olan rəftarını açıqlayıb.

“Əgər Rayan mənə nəsə etməyimi söyləsəydi, itaət edirdim. O məni məcbur edirdi ki, dediyi hər şeyi edim, yoxsa pis nəticələri olacağı ilə hədələyirdi. O, hər zaman zorakılıq etmirdi, amma münasibətlərimizdə bunu göstərdiyi vaxtlar olub. Mən onun istəklərinin qulu idim. Bu dörd il ərzində o, mehriban idimi? Ümumilikdə bəli, mənə qarşı təhqirlər dolu və dəhşətli davranışlarını nəzərə almasaq. Ancaq münasibətin sonuna doğru o, qorxunc idi”, - deyə Keyt qeyd edib.


Giqqz 1990-2014-cü illərdə “Mançester Yunayted”də çıxış edib. Bu, onun böyük yaş karyerasında yeganə klub olub.

2018-2020-ci illərdə Uels millisinin kapitanı olub. Onun rəhbərliyi altında Uels millisi Avro-2020-yə vəsiqə qazana bilib.

2021-ci ildə Uels Futbol Assosiasiyası Giqqsi milli komandanın rəhbərliyindən uzaqlaşdırmaq qərarına gəlib. Buna səbəb isə məşqçinin iki qadına hücumu ilə bağlı insident olub.

Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.