Ronaldo “Qızıl top”un gələcək qalibinin adını açıqladı - FOTO

14-10-2022, 08:04           
Ronaldo “Qızıl top”un gələcək qalibinin adını açıqladı - FOTO
Bir çox futbol təşkilatı, mütəxəssis və idmançının fikrincə, futbol tarixinin ən yaxşı oyunçularından biri olan Braziliya millisinin sabiq hücumçusu Ronaldo “Qızıl top”un gələcək qalibi barədə proqnozunu açıqlayıb. Onun firkincə səsvermədə “Real Madrid”in fransalı hücumçusu Kərim Benzemanın qalib gəlmək şansı çoxdur.

“Düşünmürəm ki, Benzemanın məğlub olmaq şansı olsun. Onun nüfuzlu göstəriciləri var və Çempionlar Liqasında qol vurmaqdan həzz alır. Başqası qalib gələ bilərmi? Nəzəri olaraq, bəli, amma Benzemanın keçən mövsüm etdiyi şey digər oyunçuların nailiyyətlərindən çox fərqlidir”, - deyə Ronaldo bildirib.

Xatırladaq ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 17-də baş tutacaq.

Bundan əvvəl Benzema Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) versiyasına görə ötən mövsümün ən yaxşı oyunçusu seçilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru