“Lənkəranlı azarkeşlərdən penaltiyə görə üzr istəyirəm” – “Rəvan”ın futbolçusu
21-05-2016, 18:55
Dünən Topaz Premyer Liqasının 36-cı turunda “Rəvan” “Xəzər Lənkəran”la qarşılaşıb. “Qafqazinfo” xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçın sonunda gərgin anlar yaşanıb. Oyunun 81-ci dəqiqəsində baş hakim Ramil Diniyev cənubluların qapısına penaltin təyin edib. Həmin epizodda Ruslan Tağızadə və Tural Cəlilov arasında olan mübarizəni yanlış dəyərləndirən referi 11 metrlik nöqtəni göstərib. “Qafqazinfo”ya açıqlama verən Tağızadə həqiqətən də penalti olmadığını bildirib: “Oyundan sonra penalti epizoduna baxdım. Orada heç bir qayda pozuntusu yox idi. İstəməzdim ki, belə olsun. Həmin an heç nə düşünmək olmur. Meydanda gərgin mübarizə gedirdi. Həmin epizodda bilmədim 11 metrlik cərimə zərbəsi var idi, ya yox idi. Kənardan daha yaxşı bilinir. Lənkəranlı futbolçular çox üzüldü. Bunu anlayıram. Amma məndə günah yoxdur. O penalti verilməsəydi, mən də, komanda yoldaşlarım da pis olacaqdı. Lakin oyunda bilmədim ki, 100 faiz penalti deyil. Lənkəranlı azarkeşlərdən penaltiyə görə üzr istəyirəm”.