Osimhen “Mançester Yunayted”in əsas transfer hədəflərindən biridir

28-11-2022, 11:04           
Osimhen “Mançester Yunayted”in əsas transfer hədəflərindən biridir
“Mançester Yunayted” Viktor Osimheni transfer edə bilər.

Məlumata görə, “Napoli”nin forvardı mankunianların əsas transfer hədəflərindən biridir. Lakin klub onun üçün təxminən 100 milyon avro ödəmək istəmir.

“Yunayted” rəhbərliyi oyunçunun sürətini və fiziki hazırlığını bəyənirlər. Onun Premyer Liqada oynamağa hazır olduğunu düşünürlər.

Qeyd edək ki, bu mövsüm A Seriyasında 11 oyunda Osimhen 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mənbə: sport-express.ru












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.