Nepalda matç zamanı meydançaya helikopter endirən pilot və sərnişinləri döyülüblər - VİDEO

22-01-2023, 11:14           
Nepalda matç zamanı meydançaya helikopter endirən pilot və sərnişinləri döyülüblər - VİDEO
Matç zamanı meydançaya helikopter endirən pilot və sərnişinləri döyülüblər.

Qəribə hadisə Nepalda baş verib.

Məlumata görə, sərxoş varlı gənclər futbola baxmaq istəyiblər. Bunun üçün helikopter kirayələyiblər, pilotu da oyun zamanı meydançada eniş etməyə razı salıblar.

Azarkeşlər əvvəlcə helikopterin nasazlığa görə eniş etdiyini düşünüblər. Lakin əsl həqiqəti öyrənəndə bərk qəzəbləniblər və helikopterdə olanların hamısını (ən çox da pilotu) döyüblər.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru