Türkiyə millisinin üzvü İtaliya nəhənginə keçir

30-03-2023, 12:08           
Türkiyə millisinin üzvü İtaliya nəhənginə keçir
“İnter” mövsümün sonunda komandanı tərk edəcək Milan Şkrinyara əvəzləyici tapıb.

“Nerazzuri” “Atalanta”nın müdafiəçisi Merih Demiralı heyətinə qatmaq istəyir. Milan təmsilçisi yayda keçidi reallaşdırmaq üçün berqamolularla danışıqlara indidən start verib. Klub Türkiyə millisinin üzvünün potensialını yüksək qiymətləndirir və onun Şkrinyarın gedişindən sonra yaranacaq boşluğu doldura biləcəyinə inanır.

Merih Demiral 2022-ci ilin yayında “Yuventus”dan “Atalanta”ya keçib. 25 yaşlı mərkəz müdafiəçisi bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib və bir qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru